Bakı. Trend:
Bakı Arbitraj Mərkəzi yüksək beynəlxalq standartlara uyğun
olaraq yaradılıb.
Trend xəbər
verir ki, bu fikirləri Azərbaycan Respublikası Ali Məhkəməsi
yanında Elmi-məsləhət şurasının üzvü, Bakı Arbitraj Mərkəzinin
rəhbəri Kəmalə Mehdiyeva Bakı Arbitraj Mərkəzinin açılış
mərasimindəki çıxışı zamanı deyib.
O, bildirib ki, istənilən arbitraj mərkəzi kimi buranın öz
qərarları olacaq.
” Arbitraj qaydaları tərtib olunub və bu qaydalar rus, fransız,
türk dillərində də tərtib olunacaq. Bəzi layihələri sizinlə
paylaşmaq istərdim. Biz həmçinin Bakı Arbitraj Hüquq jurnalı tərtib
etmişik. Bu, ixtisaslaşmış hüquq jurnalıdır”.
K.Mehtiyeva qeyd edib ku, jurnal ildə 2 dəfə Azərbaycan və
ingilis dilllərində tərtib olunacaq.
“Həmçinin Arbitraj Mərkəzinin təlimat kitabçasını tərtib
etmişik”,- mərkəz rəhbəri əlavə edib.

