“SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfrans keçirilir

Baş səhifə

Bakı. Trend:

Bakıda “SOCGOV 2025: Süni intellekt insan və transformasiya
üçün” adlı beynəlxalq konfrans keçirilir.

Trend xəbər
verir ki, konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq
ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli
inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ
yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların
tətbiq edilməsi ilə gələcək inkişaf yollarının
müəyyənləşdirilməsidir.




Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST
Agentliyi, digər dövlət qurumlarının rəhbər şəxsləri, müxtəlif
dövlət və özəl qurumların nümayəndələri, həmçinin xarici ölkələrdən
sosial müdafiə və məşğulluq sahəsi üzrə ekspertləri iştirak
edəcəklər.

Xəbər yenilənəcək