Bakı.Trend:
Dörd gün öncə baş verən qəzada yaralanan piyada həyatını
itirib.
Trend xəbər
verir ki, 18 oktyabr 2025-ci il tarixdə Murad Rüstəmovun idarə
etdiyi “İsuzu” markalı 12 saylı sərnişin avtobus hərəkətdə olan
zaman piyada Elçin Baxşiyevi vurub.
Hadisə nəticəsində piyada 22 oktyabr 2025-ci il tarixdə müalicə
aldığı Sabunçu Tibb Mərkəzində ölüb.
Faktla bağlı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə
başlanmış cinayət işi üzrə Xətai rayon polis idarəsinin istintaq
şöbəsində istintaq aparılır.

