Çin raketi eksperimental rabitə peykini orbitə çıxarıb

Baş səhifə

Bakı. Trend:

“Çançjen-5” (“Uzun Yürüş-5”) ağır daşıyıcı raketi 20 nömrəli
rabitə texnologiyası eksperimental peykini orbitə çıxarıb.

Trend-in
məlumatına görə, bu barədə “People’s Daily” nəşri xəbər verib.




Məlumata əsasən, raket Haynan adasındakı Vençan peyk buraxılış
mərkəzindən buraxılıb. Peyk təyin olunmuş orbitə uğurla daxil
olub.

Test aparatı çoxzolaqlı yüksəksürətli peyk rabitəsi
texnologiyasını nümayiş etdirmək üçün nəzərdə tutulub.