Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp oktyabrın 30-da Çin prezidenti Si
Cinpinlə görüşəcək.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi
Kerolayn Livitt brifinqdə bildirib.
Onun sözlərinə görə, D.Tramp oktyabrın 24-də Malayziyaya səfər
edəcək, ora yerli vaxtla oktyabrın 26-da səhər saatlarında gələcək
və ölkənin baş naziri Ənvər İbrahimlə görüşəcək və ASEAN
liderlərinin “axşam yeməyində” iştirak edəcək.
Oktyabrın 27-də Tramp Tokioya səfər edəcək və oktyabrın 28-də
Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ilə görüşəcək. Oktyabrın
29-da Tramp Pusana uçacaq, orada Cənubi Koreya prezidenti Li Çje
Myon ilə görüşəcək və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq
Təşkilatının (APEC) sammitində çıxış edəcək. “Yerli vaxtla cümə
axşamı prezident Vaşinqtona qayıtmazdan əvvəl Çin sədri Si [Cinpin]
ilə ikitərəfli görüşdə iştirak edəcək”, – deyə K.Livitt qeyd
edib.

