
Türkiyənin Rize vilayətinin Çamlıhemşin rayonunda inşaat qəzası zamanı baş verən dağıntı nəticəsində 5 işçi xəsarət alıb.
Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.
Məlumata görə, bərpa işləri zamanı beton qəliblər quraşdıran işçilər qəfil baş verən dağıntılar altında qalıblar. Hadisə yerinə təcili tibbi yardım, xilasedicilər, jandarm əməkdaşları cəlb olunub.
İşçilər dağıntılar altından çıxarılaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


