
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) Elektron Sənəd Dövriyyəsi
Sistemi (ESDS) yenilənəcək.
Trend-in
məlumatına görə, AMB bununla bağlı müvafiq işlərə başlayıb.
Tənzimləyici qurum hazırda sözügedən işləri icra edəcək şirkəti
müəyyənləşdirməkdədir.
Eyni zamanda AMB Elektron Sənəd Dövriyyəsi Sisteminin
yenilənməsinin 458,2 min manata başa gələcəyini
proqnozlaşdırıb.


