“Azəri-Çıraq-Günəşli”dən büdcəyə daxilolmalar 2 dəfədən çox azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında neft-qaz sektoru üzrə vergi
orqanlarının xətti ilə daxil olan vəsaitlərin 248,8 milyon manatı
“Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergisi olub.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
309,2 milyon manat və ya 2,2 dəfə azdır.




Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın
dövlət büdcəsinə neft-qaz sektoru üzrə daxilolmalar 14,150 milyard
manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 943,1
milyon manat və ya 7,1% çoxdur.

Hesabat dövründə neft-qaz sektoru üzrə daxilolmaların 76,8%-i və
ya 10,861 milyard manatı Azərbaycan Dövlət Neft Fondundan (ARDNF)
dövlət büdcəsinə transfertin, 23,2%-i və ya 3,289 milyard manatı
vergi orqanlarının xətti ilə daxilolmaların payına düşüb.