“Hüquq və İnkişaf” İB-in rəhbəri Hafiz Həsənovun vəsatəti təmin edilməyib

Baş səhifə

Bakı. Trend:

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun
cinayət işi üzrə məhkəmə hazırlıq prosesi keçirilib.

Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs ona qarşı sürülən ittiham razılaşmayıb və
işə xitam verilməsini istəyib.

Dövlət ittihamçısı vəsatəti əsassız sayıb və təmin edilməməsini
istəyib.




Vəsatət təmin edilməyib.

Məhkəmə baxışa verilib.

Məhkəmənin baxış iclası 5 noyabrda keçiriləcək.

Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci
(cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı
leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə
etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə
saxtakarlığı) maddələri ilə ittiham edilir.