Baş nazirin I müavini Yaqub Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib

Baş səhifə
Yaqub Eyyubov İstiqlal ordeni ilə təltif edilib

Yaqub Eyyubov

Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov “İstiqlal” ordeni ilə təltif edilib.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla o, bu mükafata Azərbaycanın sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, oktyabrın 24-ü Y.Eyyubovun 80 yaşı tamam olur.