
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın Yaponiyaya səfərinin oktyabrın
27-dən 29-dək baş tutacağı gözlənilir.
Trend xəbər verir
ki, bu barədə məlumatı Yaponiya Nazirlər Kabinetinin Baş katibi
Minoru Kihara jurnalistlərə açıqlamasında verib.
“ABŞ Prezidenti Donald Tramp Yaponiyaya dəvət olunub. Onun
səfərinin oktyabrın 27-dən 29-dək baş tutacağı gözlənilir,” – deyə
Kihara bildirib.
Məlumata görə, Tramp səfər çərçivəsində Yaponiyanın yeni baş
naziri Sanae Takaiçi ilə danışıqlar aparacaq, həmçinin İmperator
Naruhito tərəfindən qəbul ediləcək.
Yaponiya hökuməti bu səfərin ikitərəfli münasibətlərin daha da
inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Bu, Donald Trampın ikinci prezidentlik dövründə Yaponiyaya ilk
səfəri olacaq.


