Rodosda klublararası Avropa kuboku davam edir

Baş səhifə

Bakı. Trend:

Yunanıstanın Rodos adasında şahmat üzrə klublararası Avropa
kuboku davam edir.

Trend-in
məlumatına görə, Azərbaycanın “Vüqar Həşimov” klubu – Rauf
Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Read Səmədov, Vüqar
Manafov, Xəzər Babazadə və qazaxıstanlı Noqerbek Kazıbek –
Niderlandın “LSG Leiden” komandasına 5:1 hesabı ilə qalib gələrək
turnirdə 3-cü pilləyə yüksəlib.

Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin “Beyegan Pendik”
klubu isə indiyə qədər ən yaxşı nəticəni göstərib və lider
mövqeyindədir. Xaqan Əhmədin komandası “Türk Hava Yolları” yeddinci
yerdə qərarlaşıb.




Qadınlar turnirində isə Gövhər Beydullayevanın çıxış etdiyi
Serbiyanın “Sirmium Sremska Mitrovica” klubu ən çox xalla liderdir.
Ülviyyə Fətəliyevanın yer aldığı Rumıniya “Superchess”i isə 5 xalla
dördüncü pillədədir.

Müsabiqə İsveçrə sistemi üzrə keçirilir və oktyabrın 25-dək
davam edəcək.