Bakı. Trend:
Suriya hökuməti ümid edir ki, ABŞ-nin ölkəyə qarşı tətbiq etdiyi
sanksiyalar yaxın aylarda rəsmən ləğv olunacaq.
Trend-in
məlumatına görə, bu barədə ölkənin iqtisadiyyat naziri Məhəmməd
Nidal əş-Şaar oktyabrın 21-də “Reuters” agentliyinə açıqlamasında
bildirib.
Əş-Şaarın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp may ayında
Suriya Prezidenti Əhməd əş-Şaraa ilə görüşdən sonra ölkəyə qarşı
sanksiyaların böyük hissəsinin aradan qaldırılması barədə göstəriş
verib. Lakin 2019-cu ildə qəbul edilən və Suriyanın mülki
əhalisinin müdafiəsini nəzərdə tutan “Sezar Qanunu” hələ də ABŞ
qanunvericiliyində qüvvədədir.
“Biz bu istiqamətdə başlanmış düzgün yolu davam etdirmək üçün
səylər göstərməli və lobbiçilik aparmalıyıq. Ümid edirik ki, ilin
sonuna qədər qanun layihəsi prezidentə təqdim olunacaq və o, sənədi
imzalayacaq”, – Əş-Şaar Londonda çıxışı zamanı bildirib.
Bundan əlavə, Suriya Prezidenti hökumətin gələn ilin əvvəlində
yeni valyutanın dövriyyəyə buraxılmasını planlaşdırdığını da qeyd
edib.

