
Bakı. Trend:
NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla
görüşmək üçün təcili səfərdə ABŞ-yə uçur.
Trend-in
məlumatına görə, bu barədə alyansın mətbuat xidməti açıqlama
verib.
Açıqlamada bildirilir: “NATO-nun baş katibi Mark Rutte oktyabrın
21-22-də Vaşinqtona səfər edəcək. O, ABŞ Prezidenti Donald Trampla
görüşəcək. Mətbuat brifinqləri olmayacaq”.
Qeyd olunub ki, bu səfər baş katibin əvvəlcədən planlaşdırılmış
gündəliyinə daxil edilməyib.


