
Bakı. Trend:
UEFA Çempionlar Liqasının Liqa mərhələsində üçüncü turun
oyunları start götürüb.
Trend-in
məlumatına görə, “Barselona” doğma meydanda Yunanıstanın
“Olimpiakos” klubunu qəbul edib. Kataloniya təmsilçisi rəqibini 6:1
hesabı ilə məğlub edib. Qaliblərin heyətində Lopes Fermin (7, 39,
76), Yamal (68) və Raşford (74, 79) fərqləniblər. “Olimpiakos” isə
yalnız bir təsəlli qolu ilə kifayətlənib.
Digər qarşılaşmada “Kayrat” doğma azarkeşləri önündə Kiprin
“Pafos” komandası ilə üz-üzə gəlib. Qonaqlar matçın 4-cü
dəqiqəsindən azlıqda qalsalar da, qazaxıstanlılar say üstünlüyünü
qola çevirə bilməyiblər — 0:0.
Qeyd edək ki, bu nəticə “Kayrat”ın turnirdə qazandığı ilk xal
olub.
20:45. “Barselona” (İspaniya) – “Olimpiakos” (Yunanıstan)
6:1
20:45. “Kayrat” (Qazaxıstan) – “Pafos” (Kipr) 0:0
XXX
11:00
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində III tura
start veriləcək.
Trend xəbər
verir ki, ilk oyun günündə 9 qarşılaşma keçiriləcək.
“Barselona” İspaniyada Yunanıstanın “Olimpiakos”, “Arsenal”
İngiltərədə İspaniyanın “Atletiko” komandası ilə üz-üzə
gələcək.
Fransa təmsilçisi PSJ Almaniyanın “Bayer”, İngiltərə nəhəngi
“Mançester Siti” isə İspaniyanın “Vilyarreal” klubunun qonağı
olacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
III tur
21 oktyabr
20:45. “Barselona” (İspaniya) – “Olimpiakos” (Yunanıstan)
20:45. “Kayrat” (Qazaxıstan) – “Pafos” (Kipr)
23:00. “Bayer” (Almaniya) – PSJ (Fransa)
23:00. “Arsenal” (İngiltərə) – “Atletiko” (İspaniya)
23:00. “Kopenhagen” (Danimarka) – “Borussiya” (Almaniya)
23:00. “Nyukasl” (İngiltərə) – “Benfika” (Portuqaliya)
23:00. “Vilyarreal” (İspaniya) – “Mançester Siti” (İngiltərə)
23:00. PSV (Niderland) – “Napoli” (İtaliya)
23:00. “Yunion” (Belçika) – “İnter” (İtaliya)


