Astana və Bakı birgə müəssisələrin yaradılmasında maraqlıdır – Qazaxıstan Prezidenti

Baş səhifə

Astana. Trend:

Qazaxıstan və Azərbaycan birgə müəssisələrin yaradılmasında
maraqlıdır.

Trend xəbər verir ki, bu
barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan
Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

O qeyd edib: “Hər iki tərəf birgə müəssisələrin yaradılmasında
maraqlı olduqlarını bildirib və bu məsələdə mühüm irəliləyiş əldə
olunub. Məsələn, transformatorların birgə istehsalına başlanılması
planlaşdırılır. Yaşayış və infrastruktur obyektlərinin tikintisi
davam etdirilir, gəmiqayırma sahəsində birgə layihələr işlənib
hazırlanır”. Onun sözlərinə görə, hər iki ölkənin hökumətlərinə bu
sahələrə nəzarət etmək və mümkün qədər tez bir zamanda sənaye
sahəsində əməkdaşlığın inkişafı üçün plan və ya Yol xəritəsi qəbul
etmək tapşırılıb.