
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri
Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti
Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyasında iştirak
etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfərə
gedib.
Trend-in
məlumatına görə, bu gün Cenevrəyə səfər çərçivəsində Milli
Məclisinin sədri Sahibə Qafarova və Ermənistan Milli
Assambleyasının sədri Alen Simonyan arasında görüş keçirilib.
Məlumat üçün bildirək ki, tərəflər sonuncu dəfə 2024-cü il
martın 22-də PAİ-nin Cenevrədə keçirilən 148-ci Assambleyası
çərçivəsində görüşüblər.
Xəbər yenilənəcək


