
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Sosial Müdafiə Fondu respublika üzrə oktyabr ayının pensiya
ödənişini yekunlaşdırıb.
Trend
xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.
Bildirilib ki, Oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri,
Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində
yaşayan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli
şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq
bankların bankomatlarından əldə edə bilərlər.


