“BakuBus” dan qəza törədən avtobusula bağlı açıqlama

Baş səhifə

Bakı. Trend:

Bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində,
Bulvar ərazisi yaxınlığında “BakuBus” MMC-yə məxsus 125 nömrəli
müntəzəm marşrut xətti üzrə hərəkətdə olan 99-JU-809 dövlət
qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş
verib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “BakuBus” MMC-nin
mətbuat katibi Əsmər Əliyeva məlumat verib.




“Bildirək ki, avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq
yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də,
idarəetməni itirərək avtobusu Bulvar ərazisinə tərəf yönəldib.
Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.
Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi
Yardım Xidməti çağırılıb”,- o vurğulayıb..