
Bakı.Trend:
Ekstremal vəziyyətlərdə aciz qalacaqlarını nəzərə almayan belə
sürücülər, təhlükədən xəbərsiz, özlərini qorumaq iqtidarında
olmayan uşaqların həyatını riskə atdıqlarını, sonradan bərpası
mümkün olmayan xətaya yol verdiklərini sanki unudurlar.
Trend bu
barədə DİN-in sükan arxasında əyləşən valideynlərə müraciətində
deyilir.
Bildirilib ki, paytaxtın Zabrat qəsəbəsində Tural Süleymanov
qucağında 7 yaşlı oğlu ilə avtomobil idarə edərkən, azyaşlının
anidən sürüşərək sürət pedalını sıxması nəticəsində nəqliyyat
vasitəsi hasara çırpılıb. Azyaşlı hadisə yerində həyatını itirib,
ata isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Övladını sükan arxasında daşıyan valideyn onun təhlükəsizliyini
düşündüyünü zənn edir. Amma bəzən yol verdiyimiz səhlənkarlıq
səbəbindən qəza anında düşünməyə vaxt qalmır.

