İsveçdə kəndi təmsil edən futbol komandası çempion olub

Baş səhifə

Bakı. Trend:

1500-dən az əhalisi olan Hallevik yaşayış məntəqəsindən olan “Myellbü” klubu ilk dəfə İsveç futbol çempionatının qalibi
oldu.

Trend-in məlumatına görə, çempionatın 27-ci turunda “Myellbü”
səfərdə “Qöteborq”u 2:0 hesabı ilə məğlub edib. Komanda 66 xal
qazanıb.




Stokholmun “Hammarbü”si liderlərdən 11 xal geri qalaraq ikinci
yerdədir. Qalan üç matçda qələbə qazanılacağı halda, “Hammarbü”
doqquz xal qazanacaq.

“Myellbü” 1939-cu ildə yaradılıb. Klubun İsveç çempionatında ən
yaxşı nəticəsi komandanın ötən mövsüm əldə etdiyi beşinci yer
olub.