Bakı. Trend:
“Telegram” messencerinin işində problemlər yaranıb.
Trend-in məlumatına görə, bu barədə “Downdetector” portalı
məlumat verib.
Məlumata əsasən, nasazlıqlar barədə Rusiya istifadəçiləri
şikayət ediblərş
Bildirilib, son bir saatda messencerin işində fasilələrlə bağlı
1563 istifadəçi, son 24 saatda isə 1795 nəfər şikayət edib.
İstifadəçilərin 37%-i mobil tətbiqin, 28%-i vebsaytın işində, 27%-i
bildirişlərin gəlməsində, 3%-i ümumi nasazlıq və 1%-i xidmətin
nasazlığı ilə bağlı məlumat veriblər.

