Azad olunmuş ərazilərdə internetlə təmin edilən abunəçilərin açıqlanıb

Baş səhifə

Bakı.Trend:

30 sentyabr 2025-ci il tarixinə olan məlumata əsasən, işğaldan
azad edilmiş ərazilərdə ümumilikdə “AzTelekom” MMC-nin
xidmətlərindən istifadə edən 6 mindən çox abunəçi (ev, təsərrüfat
və biznes subyektləri) mövcuddur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, “AzTelekom”dan
bildirilib.




Qeyd edilib ki, həmin ərazilərdə aparılan bərpa-quruculuq
işlərinin tərkib hissəsi kimi məskunlaşma olan yaşayış məntəqələri
və biznes subyektlərinə GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə)
texnologiyasının tətbiqi ilə yüksəksürətli internetlə yanaşı,
“internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və
“internet + telefoniya + televiziya (üçü birində)” xidmətləri də
“Aztelekom” MMC tərəfindən təmin olunur.

“Telekommunikasiya xidmətlərinin genişləndirilməsi sakinlərin
gündəlik həyatına rahatlıq gətirməklə yanaşı, bölgədə həyata
keçirilən sosial-iqtisadi inkişaf layihələrinin icrasına da mühüm
dəstək verir”,-qurumdan əlavə olunub.