
ABŞ oktyabrın 20-də Kolumbiya məhsullarına gömrük rüsumlarının artırılacağını elan etmək niyyətindədir.
“Report”un məlumatına görə, bu barədə Amerika lideri Donald Tramp jurnalistlərə bildirib.
Tramp belə planlarının olub-olmadığı barədə suala cavab verib.
“Sabah (20 oktyabr – red.) sizə məlumat verəcəyəm”, – yeni tarif dərəcəsinin nə olacağından danışarkən o əlavə edib.
Daha əvvəl Tramp Kolumbiya Prezidenti Qustavo Petronu narkotik istehsalını təşviqdə ittiham edib, həmçinin ABŞ-nin Cənubi Amerika respublikasına maliyyə dəstəyini dayandıracağını bildirib. Tramp vurğulayıb ki, əgər Kolumbiya hakimiyyəti narkotik istehsalına qarşı mübarizəni gücləndirməsə, ABŞ bu ölkəyə qarşı güc tədbirləri həyata keçirə bilər.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


