Yurgen Klopp Almaniya Futbol Liqasının ekspertlər komitəsinə daxil olub

Baş səhifə

Bakı. Trend:

“Borussiya Dortmund” və “Liverpul” klublarının keçmiş baş
məşqçisi Yurgen Klopp Almaniya Futbol Liqasının (DFL) yeni
ekspertlər komitəsinin tərkibinə seçilib.

Trend xəbər verir
ki, bu barədə məlumatı “The Sun” nəşri yayıb.

Komitənin əsas vəzifəsi alman futbolunun inkişafı, böyüməsi və
ümumi rəqabət qabiliyyətinin artırılması üçün səylərin həyata
keçirilməsi olacaq.




Elit qrupa Kloppdan başqa, “Real Madrid”in sabiq futbolçusu Sami
Xedira və bir neçə Bundesliqa klubunun rəhbərləri də daxildir.

Qeyd olunur ki, bu, Kloppun bu ilin əvvəlində “Liverpul”dan
ayrıldıqdan sonra futbolda ilk rəsmi işidir. O, həmçinin “Red
Bull”dakı vəzifəsində qalmağa davam edəcək.