Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkilərində səsvermə başa çatıb (ƏLAVƏ OLUNUB)

Baş səhifə

Bakı. Trend:

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTR) keçirilən prezident
seçkilərində səsvermə prosesi başa çatıb.

Trend xəbər verir
ki, bu barədə məlumatı “Anadolu” Agentliyi yayıb.

Məlumata görə, səsvermə yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə
19:00) yekunlaşıb.

xxx

11:32




Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri
başlayıb.

Trend xəbər verir
ki, səsvermə saat 08:00-da start götürüb və 18:00-dək davam
edəcək.

Seçkilərlə əlaqədar ölkə üzrə 777 seçki məntəqəsi yaradılıb.
Namizədlər prezident seçilmək üçün birinci turda 50% + 1 səs
toplamalıdır. Əgər heç bir namizəd bu səs çoxluğunu əldə edə
bilməzsə, yeddi gün ərzində ikinci tur keçiriləcək.

Qeyd edək ki, prezident postu uğrunda cəmi 7 namizəd mübarizə
aparır.