Xaçmazda Samur-Abşeron su kanalın 1 nəfər batıb

Baş səhifə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Xaçmaz rayonunun Alıcqışlaq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.