ABŞ-də baş verən yol qəzasında 11 nəfər xəsarət alıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Merilend ştatında ağır yol qəzası nəticəsində 11 nəfər
xəsarət alıb.

Trend xəbər verir
ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “ABC News”
məlumat yayıb.

Hadisə Bladensburq yaşayış massivində baş verib. Məlumata görə,
avtomobilin çadıra çırpılması nəticəsində 9-u azyaşlı olmaqla 11
nəfər xəstəxanaya yerləşdirilib. Qəza zamanı iki qadın da
yaralanıb.




Bildirilib ki, yeni doğulmuş körpə və bir azyaşlı qızın
vəziyyəti ağırdır. Digər yaralıların isə ciddi xəsarətləri olsa da,
həyatları üçün təhlükə yoxdur.

Hazırda qəzanın səbəbləri araşdırılır.