
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 68,584 milyon
ABŞ dolları dəyərində 65,3 min ton qara metallar və onlardan
hazırlanan məmulatlar ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər
verir.
Məlumata görə, sözügedən məhsulların ixracı ötən ilin eyni dövrü
ilə müqayisədə dəyər ifadəsində 724 min ABŞ dolları və ya 1,1%
artıb, həcm baxımından isə 7,7 min ton və yaxud 10,6% azalıb.
Hesabat dövründə ixrac olunan qara metallar və onlardan
hazırlanan məmulatların ümumi ixracda xüsusi çəkisi 0,37%,
qeyri-neft sektoru üzrə xüsusi çəkisi isə 2,59% təşkil edib.
Eyni zamanda 2025-ci ilin ilk doqquz ayında Azərbaycana 815,262
milyon ABŞ dolları dəyərində 692,3 min ton qara metallar və
onlardan hazırlanan məmulatların idxal edilib. Sözügedən
məhsulların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 58,3 milyon ABŞ dolları və ya 6,7%, həcm baxımından isə
69,9 min ton və yaxud 9,2% azalıb.


