Bakı. Trend:
ABŞ Ədliyyə Nazirliyi 2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən
İsrailə təşkil olunan hücumla bağlı şübhəli bilinən Qəzza
vətəndaşının saxlanıldığını açıqlayıb.
Trend xəbər verir ki, hadisə
Luiziana ştatında qeydə alınıb.
Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, saxlanılan
şəxs həmin gün silahlı formada İsrail sərhədini keçərək HƏMAS-a
terror aktının həyata keçirilməsində yardım göstərmək məqsədilə
fələstinli döyüşçüləri bir araya toplamağa cəhd edib.
Məlum olub ki, həmin şəxs 2024-cü ilin sentyabrında ABŞ-a daxil
olub, lakin viza müraciəti zamanı özünün “Fələstinin Azadlığı
Uğrunda Demokratik Cəbhə”nin hərbi qanadına üzv olduğunu
gizlədib.
Hazırda bu şəxsin barəsində terrorçuluq fəaliyyəti və ABŞ
immiqrasiya qanunvericiliyinin pozulması ilə bağlı istintaq
aparılır.

