
Bakı. Trend:
Avrozonada illik inflyasiya göstəricisi sentyabrda 2,2 faiz
təşkil edib. Bu göstərici avqustda 2 faiz, ötən ilin eyni dövründə
isə 1,7 faiz olub. Avropa İttifaqı üzrə illik inflyasiya isə
sentyabrda 2,6 faizə yüksəlib ki, bu da avqustla müqayisədə 0,2
faiz çoxdur. Ötən ilin sentyabrında bu rəqəm 2,1 faiz idi.
Trend xəbər verir ki, bu
barədə Aİ-nin Statistika İdarəsinin məlumatında bildirilib.
Ən aşağı illik inflyasiya Kipr (0,0 faiz), Fransa (1,1 faiz),
İtaliya və Yunanıstanda (hər biri 1,8 faiz) qeydə alınıb. Ən yüksək
göstəricilər isə Rumıniya (8,6 faiz), Estoniya (5,3 faiz),
Xorvatiya və Slovakiyada (hər biri 4,6 faiz) müşahidə olunub.
Avqustla müqayisədə sentyabrda illik inflyasiya səkkiz üzv
dövlətdə azalıb, dördündə sabit qalıb, on beşində isə artıb.
Sentyabrda Avrozonada illik inflyasiyaya ən böyük təsir göstərən
sahə xidmət sektoru olub. Bu istiqamət göstəriciyə 1,49 faiz
həcmində təsir edib. Sonrakı yerdə isə ərzaq, spirtli içkilər və
tütün məhsulları (+0,58 faiz), xarici sənaye malları (+0,20 faiz)
və enerji sektoru (-0,03 faiz) qərarlaşıb.

