
Bakı. Trend:
Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunda Seçki Qrupuna
üzv ölkələr arasında tərəfdaşlığın genişləndirilməsi imkanları
ətrafında fikir mübadiləsi aparılıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər
verir.
Belə ki, Mərkəzi Bankın sədri Taleh Kazimovun rəhbərlik etdiyi
nümayəndə heyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunda
(BVF) Azərbaycanın da daxil olduğu Seçki Qrupunun növbəti İllik
Toplantısında iştirak edib.
Toplantıda Seçki Qrupunda təmsil olunan ölkələrdə inkişaf
dinamikası, makroiqtisadi sabitliyin təmin olunması və maliyyə
inklüzivliyinin genişləndirilməsi kimi mühüm əhəmiyyət kəsb edən
məsələlər müzakirə olunub.

