
Daşkənd. Trend:
Oktyabrın 15-də Çinin Kaşqar şəhərindən
Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan–Azərbaycan marşrutu üzrə
ilk beynəlxalq multimodal konteyner qatarı yola salınıb.
Trend-in
“Uztemiryulkonteyner” şirkətinə istinadən xəbər verir ki, Siandan
və Çendudan göndərilən yüklər əvvəlcə dəmir yolu ilə Kaşqara
çatdırılır, daha sonra avtomobil nəqliyyatı ilə Oşa, oradan isə
dəmir yolu ilə Türkmənistan limanına və dəniz yolu ilə Bakıya
daşınır.
Bu marşrut Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM),
həmçinin Orta Dəhliz kimi tanınan xəttin cənub qolu hesab olunur.
Planlaşdırılır ki, yüklər oktyabrın 21-də Özbəkistana, 24-də isə
Türkmənistana çatsın.
Yeni marşrutun işə salınması logistikanın səmərəliliyinin
artırılmasına, regionlararası əməkdaşlığın möhkəmləndirilməsinə və
“Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Asiya ilə Avropa
arasında müasir nəqliyyat dəhlizinin formalaşmasına yönəlib.
Oktyabrın 15-də Çinin Kaşqar şəhərindən
Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan–Azərbaycan marşrutu üzrə
ilk beynəlxalq multimodal konteyner qatarı yola salınıb.


