Azərbaycan yığması Millətlər Liqasına qələbə ilə başlayıb

Baş səhifə
Azərbaycan yığması Millətlər Liqasına qələbə ilə başlayıb

Azərbaycanın amputant futbolçulardan ibarət millisi Millətlər Liqasının C qrupunda keçirdiyi ilk matçda qələbə qazanıb.

“Report” xəbər verir ki, Ramil Həbibovun baş məşqçisi olduğu komanda Belçika yığması ilə üz-üzə gəlib.

“Bayıl Arena” stadionunda baş tutan görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində Sənan Hacıyev və Fərhad Əyyubov (2 qol) fərqləniblər.

Qeyd edək ki, yığma sabah İsrail, oktyabrın 19-da isə Niderland və Ukrayna milliləri ilə qarşılaşacaq.