ANAMA rəhbəri: “Son zamanlar amputant futbolu dünyada mühüm trendlərdən birinə çevrilib”

Baş səhifə
ANAMA rəhbəri: Son zamanlar amputant futbolu dünyada mühüm trendlərdən birinə çevrilib

Son zamanlar amputant futbolu dünyada mühüm trendlərdən birinə çevrilib.

“Report” xəbər verir ki, bunu Bakıda təşkil olunacaq amputant futbolu üzrə Millətlər Liqası turnirinin açılış mərasimində ANAMA-nın sədri Vüqar Süleymanov deyib.

O, Azərbaycanın minalardan ən çox çirklənmiş ölkə olduğunu bildirib:

“Son zamanlar amputant futbolu dünyada mühüm trendlər dən birinə çevrilib. Minada zərər çəkmiş insanların həyata bağlılığı istiqamətində mühüm addımdır. Azərbaycan son zamanlar böyük uğurlara imza atmışdır və dünyanın ən güclü 10 komanda arasında yer alıb. Təəssüflər olsun ki Vətən müharibəsindən sonra 409 nəfər minada zərər çəkib. Azərbaycan dünyada mina çirklənməsindən ən çox zərər çəkmiş ölkədir. Yarışda iştirak edən bütün komandalara uğurlar arzulayıram”.