Zelenski əlavə hava müdafiə sistemləri üçün Vaşinqtonda səfərdədir

Baş səhifə

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenskiy əlavə hava hücumundan
müdafiə sistemlərinin təmin edilməsinə dair müzakirələr aparmaq
üçün ABŞ-nin paytaxtı Vaşinqtona səfər edib.

Trend xəbər
verir ki, Zelenski bu barədə rəsmi “X” hesabında paylaşım edib.

“Müdafiə şirkətlərinin nümayəndələri ilə müdafiəmizi mütləq
gücləndirə biləcək təsirli silahların istehsalçıları ilə
görüşürəm”.




O, Amerika enerji şirkətlərinin nümayəndələri ilə də
görüşəcəyini qeyd edib.

Zelenski səfər çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə də
görüşəcək.