Donald Tramp və Vladimir Putin arasında daha bir görüş keçiriləcək

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə
telefon danışığının bəzi təfərrüatları məlum olub.

Trend xəbər verir
ki, bu barədə Tramp özü məlumat verib.




Ağ Evin rəhbəri Putinlə söhbəti “çox məhsuldar” adlandırıb və
yaxın zamanda rusiyalı həmkarı ilə daha bir görüş keçirəcəyini
bildirib.

“Söhbətimizin sonunda gələn həftə müşavirlərimizin yüksək
səviyyəli görüşünə dair razılaşdıq. İlkin görüşlərə Amerika
tərəfdən dövlət katibi Marko Rubio rəhbərlik edəcək. Görüşün yeri
hələ müəyyənləşməyib. Daha sonra Prezident Putin və mən Rusiya və
Ukrayna arasındakı bu müharibəyə son qoya biləcəyimizi görmək üçün
Macarıstanın paytaxtı Budapeştdə razılaşdırılmış yerdə
görüşəcəyik”, – deyə Tramp vurğulayıb.