
Füzuli. Trend:
Füzulidə baş verən qəza zamanı 4 nəfər xəsarət alıb.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun
Kürdmahmudlu kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil “Daewoo”
markalı minik maşını toqquşub. Nəticədə “Mercedes”də olan Beyləqan
rayon sakinləri 2001-ci il təvəllüdlü Quluzadə Səfiyar Qubad oğlu,
1999-cu il təvəllüdlü Cəfərov Şamil Kamil oğlu, 1993-cü il
təvəllüdlü Nəcəfli Surət Mayılxan oğlu və 1990-cı il təvəllüdlü
Nəcəfov İlqar İbadət oğlu müxtəlif dərəcəli xəsarət alaraq Füzuli
Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.


