
Oktyabrın 10-dan bəri Pakistanla Əfqanıstan arasında hərbi toqquşmalarda azı 18 nəfər ölüb, 360 nəfərdən çox insan xəsarət alıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı Yardım Missiyası məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 15-də Pakistan və Əfqanıstan arasında 48 saatlıq atəşkəs razılaşması əldə olunub.
Atəşkəs rejimi hələ qüvvədədir.

