Sabunçu Tibb Mərkəzində daha bir vəzifəli şəxs işdən çıxarıldı –

Baş səhifə

Sabunçu Tibb Mərkəzində daha bir vəzifəli şəxs işdən çıxarılıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Tibb Mərkəzinin inzibati işlər üzrə direktor müavini Yusif Şirinli tutduğu vəzifədən azad olunub.

Xatırladaq ki, bir neçə gün öncə Sabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova da tutduğu vəzifədən azad edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.