16 mindən çox əcnəbi Azərbaycanda yaşamaq üçün müraciət edib

Baş səhifə

Bu ilin 9 ayında 16 min 398 əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsi üçün müraciət edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

Bildirilib ki, sözügedən dövrdə müraciətlərin 1167-si müvəqqəti olma müddətinin uzadılması, 3818-i vətəndaşlıq məsələləri ilə bağlı olub.

Bununla yanaşı, 6257 əcnəbi olduğu yer üzrə qeydiyyat, 3250-si daimi yaşama, 6774-ü iş icazəsi üçün DMX-yə müraciət edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.