
Bakı. Trend:
TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci
ilin ilk 9 ayı ərzində ümumilikdə 18 625 310 müraciət qeydə
alınıb.
Trend
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, bunlardan 391 717-si stasionar, 18 233 593-ü
ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə
müraciətlərin ümumi sayında 4 % artım qeydə alınıb.
Yanvar-sentyabr ayları ərzində göstərilən xidmət sayında ötən
ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay
ərzində 68 583 058 tibbi xidmət göstərilib. Onlardan 8 783 837-si
stasionar, 59 799 221-i ambulator olub. Tibb müəssisələrində
göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə
müqayisədə 12 % artıb.
Yanvar-sentyabr ayları ərzində ərzində cərrahi əməliyyat və
prosedurların sayı isə 278 222 (259 347 stasionar, 18 875
ambulator) olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat
və prosedurların sayında 2 % azalma qeydə alınıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator
xidmətlərdə artım qeydə alınıb. Müvafiq dövr ərzində 28 914 799
sayda laborator müayinələr aparılıb ki, onların da 4 397 503-ü
stasionar, 24 517 296-sı ambulator olub. Beləliklə, tibb
müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında
2024-cü illə müqayisədə 18 % artım qeydə alınıb.


