Ramiz Quliyev ilə vida mərasimi keçirilir (FOTO)

Baş səhifə

Bakı.Trend:

Dünən səhər saatlarında dünyasını dəyişən Xalq artisti, tarzən
Ramiz Quliyev ilə vida mərasimi keçirilir.

Trend xəbər
verir ki, vida mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutur.

Mərasimində ictimaiyyət nümayəndələri, ailəsi, yaxınları,
dostları və sənət yoldaşları iştirak edirlər.




Ramiz Quliyev İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti, tarzən Ramiz Quliyev 78 yaşında
dünyasını dəyişib.