Bu ilin 9 ayında Azərbaycan neftinin ən iri 10 idxalçısı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycan 8,9 milyard
ABŞ dollarından çox dəyərdə 16,996 milyon ton xam neft və neft
məhsulları ixrac edib.

Trend bu barədə
Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Yanvar–avqust aylarında Azərbaycanın neft ixracında ilk üç yeri
İtaliya (5 milyard dollar dəyərində 9,4 milyon ton), Çexiya (701
milyon dollar dəyərində 1,3 milyon ton) və Xorvatiya (537,7 milyon
dollardan çox dəyərdə 998,5 min ton) tutur.




Aşağıdakı cədvəldə 2025-ci ilin yanvar–sentyabr aylarında
Azərbaycandan ixrac olunan xam neft və neft məhsullarının ən iri 10
alıcısı göstərilib.

Ölkə

İdxal həcmi

İdxal məbləği (ABŞ dolları)

İtaliya

9 589 365,70

4 992 915 190

Çexiya

1 307 899,13

701 374 000

Xorvatiya

998 469,46

537 768 290

Almaniya

841 915,48

445 304 600

Rumıniya

778 615,54

429 334 050

Portuqaliya

714 269,12

385 076 010

Böyük Britaniya

514 926,69

237 052 390

Yunanıstan

500 730,69

268 492 930

İrlandiya

331 558,01

74 262 240

Niderland

223 330,70

126 482 410

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya
bazarlarına üç boru kəməri vasitəsilə nəql olunur:
Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC). Hazırda
Bakı–Supsa boru kəməri ilə nəql dayandırılıb.

Bundan əlavə, neft dəmir yolu vasitəsilə Gürcüstanın Batumi və
Kulevi terminallarına ixrac edilir.