Bakı.Trend:
Oktyabrın 13-ü saat 21 radələrində Bakıda piyada vurulması ilə
nəticələnən qəza baş verib.
Trend xəbər
verir ki, 1985-ci il təvəllüdlü Tural Balakişiyev idarə etdiyi
özünə məxsus “KiA Sorento” markalı avtomaşınla piyada 1968-ci il
təvəllüdlü Nuralışı Gülər Xəlil qızını vurub. Hadisə nəticəsində
qadın açıq-kəllə beyin travması alıb.
Yaralı oktyabrın 15-də Gömrük Hospitalında həyatını itirib.
Fakla bağlı Nizami RPİ-nin İŞ-də CM-in 263.2-ci maddəsi ilə
cinayət işi başlanılaraq istintaq aparılır.

