Qızılın qiyməti 4 250 dolları ötüb

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti “Comex” birjasında (Nyu-York əmtəə birjasının bölməsi) bir troya
unsiyası üçün 4 250 dolları ötüb.

Trend-in məlumatına görə, bu barədə ticarət platformasında
bildiriblər.




Qızıl qiyməti bir troy unsiyası üçün 4 255,4 dollar (0,72 faiz
artım) təşkil edib. Bakı vaxtı ilə səhər saat 08:05-ə olan məlumata
görə, qızılın qiyməti bir troy unsiyası üçün 4249,5 dollara
(+0,58%) enib.

Eyni zamanda, 2025-ci ilin dekabrında tədarük üçün gümüş
fyuçersləri 0,23 faiz azalaraq bri troya unsiyası üçün 52,405
dollara düşüb. Gümüşün qiyməti bir troya unsiyası üçün 52,89
dollara (+0,69%) yüksələrək tarixi maksimumu yeniləyib.