Meksikada daşqınlar nəticəsində ölənlərin sayı 66-ya çatıb

Baş səhifə

Meksika ötən həftədən bəri davam edən güclü yağış və daşqınlar nəticəsində ölənlərin sayının 66-ya, itkin düşənlərin sayının isə 75-ə çatıb.

APA xəbər verir ki, bunu Meksika prezidenti Klaudiya Şeynbaum deyib.

Şeynbaum bəzi şəhərlərin işıqsız qaldığını, 100-dən çox yolun bağlandığını, Silahlı Qüvvələrin əsas ərazilərdə yardım işlərini davam etdirdiyini deyib.