
Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması ilə
bağlı xərclərin (Böyük Qayıdış I planının layihəsi) 2026–2029-cu
illərdə 13,5 milyard manat olacağı proqnozlaşdırılır. Bu məbləğin
əsaslı xərclərdəki xüsusi çəkisi 23,5 faiz təşkil edir.
Trend-in
məlumatına görə, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanmış
“2026–2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”
sənədində qeyd olunub
Sənəddə bildirilib ki, ortamüddətli dövrdə dövlət büdcəsinin
əsaslı xərclərinin əsas hissəsini Böyük Qayıdış Proqramının icrası,
həmçinin ölkənin müdafiə və təhlükəsizlik potensialının
gücləndirilməsi istiqamətində layihələr təşkil edəcək.

