Saat 09:30-da qaz kəsiləcək –

Baş səhifə

Tbilisi prospekti” orta təzyiqli qaz xətti üzərinə tənzimləyici qurğunun və filtrin quraşdırılması ilə əlaqədar 16 oktyabr saat 09:30-dan bu kəmərdə qaz təchizatı dayandırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun 6, 7, 8 və 9-cu mikrorayonlarında, M.Ə.Rəsulzadə, “Xutor” və Biləcəri qəsəbələrinin bir hissəsində istehlakçıların qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.