Rusiyadan idxal olunan bu çay çeşidlərində uyğunsuzluq yoxdur – AQTA (FOTO)

Baş səhifə

Bakı. Trend:

Rusiyadan idxal olunan “Greenfield” və “Tess” çay çeşidlərinin
müayinəsi nəticəsində uyğunsuzluq müəyyən edilməyib.

Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.




Bildirilib ki, Rusiyada istehsal olunan bir sıra çay
məhsullarında təhlükəli kimyəvi maddələrin aşkarlanması ilə
əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən
araşdırmalar aparılıb.

“Rusiya istehsalı olan ölkəmizə idxal edilmiş çay brendlərindən
– “Greenfield” və “Tess” çeşidlərindən nümunələr götürülərək
laborator müayinələrə cəlb edilib.
Aparılan müayinələr nəticəsində hər iki çayın sınaq nəticələri
qənaətbəxşdir, hər hansı uyğunsuzluq müəyyən edilməyib”,-
Agentlikdən əlavə edilib.